Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
APA-nın xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən plenar iclasın gündəliyinə 15 məsələ daxil edilib.
İclasda Ailə, Mülki Prosessual Əmək Məcəllələrinə, o cümlədən “Uşaq hüquqları haqqında”, İcbari sığortalar haqqında”, Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və s qanunlarla dəyişiklik layihələri müzakirə olunacaq.