USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabinetinin şöbə müdiri təyin edildi

04.12.2019 Siyasət
1 0
Nazirlər Kabinetində yeni kadr təyinatları olub.

Azər Əmiraslanov Kabinetin İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.

Digər qərara əsasən, Mehman Tağıyev Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Xatırladaq ki, ötən gün Ələsgər Ələsgərov Baş Nazir Katibliyinin rəisi təyin edilmişdi.

Qeyd edək ki, A. Əmiraslanov bundan əvvəl Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.