USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident yeni sərəncam - İMZALADI

09.12.2019 Siyasət
0 0
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1337) 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri”.