USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident iki köməkçisinə əlavə vəzifə verdi - SƏRƏNCAM

09.12.2019 Siyasət
0 0
Dövlət Neft Fondu Müşahidə Şurasında Azərbaycan Prezidentinin iki köməkçisi təmsil olunacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamında əksini tapıb.

Dövlət Neft Fondu Müşahidə Şurasının öncəki tərkibində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Natiq Əmirov təmsil olunurdu.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Dövlət Neft Fondu Müşahidə Şurasının üzvü təyin edilib.

Qeyd edək ki, struktur islahatlardan sonra yaradılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovdur.