USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fövqəladə Hallar Nazirliyinin generalı vəzifəsindən azad edildi

10.12.2019 Siyasət
0 0
Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

"Kommersant.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

FHN-dən təyinatı təsdiqləyiblər.

FHN-in Bakı Regional Mərkəzinin yeni rəisi H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.

Modern.az