Elmira Süleymanovaya yeni vəzifə verildi

10.12.2019
Siyasət
0
0
Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.
"Kommersant.az" xəbər verir ki, indiyədək E.Süleymanova AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yarımştat baş elmi işçi vəzifəsində çalışıb.
Belə ki, Ombudsman kimi səlahiyyət müddəti başa çatdıqdan sonra o, Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi kimi işə götürülüb.
Neft-Kimya Prosesləri İnstitutundan "Report"a fakt təsdiqlənib.
Qeyd edək ki, E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib.
1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.
E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.
Report
Digər xəbərlər

17.03.2025
Siyasət
Yaponiyanın Baş naziri İşiba: Biz valyuta məzənnələrini manipulyasiya etmirik
0
0

14.03.2025
Siyasət
Zelenski bəyan edib: “Biz Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırıq"
0
0

14.03.2025
Siyasət
Ermənistan lideri Paşinyandan parlaq nümunə: Ən çox bəyənmə Ərdoğanla görüşə gəlib
0
0

14.03.2025
Siyasət
Zelenski bəyan edib: “Biz Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırıq"
0
0