USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Patentlə bağlı Nazirlər Kabinetinə səlahiyyət verilir

10.12.2019 Siyasət
0 0
Azərbaycan Respublikasının Prezidenti “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

"Kommersant.az"ın məlumatına görə, fərmanda bildirilir ki, “Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bənddə “39.2-ci maddəsində (birinci halda)” sözləri “39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanunun 39.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

3. 2.2-ci bənddə “39.2-ci maddəsində (ikinci halda)” sözləri “39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin.

4. 2.4-cü bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bəndə “39.2-ci maddəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin.