USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

83 yaşlı deputat ABŞ-da yaşayırmış – Siyasətə yenidənmi qayıdır?

11.12.2019 Siyasət
0 0
“Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.

Bu fikirləri Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.

Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur:

“Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz”.

Qeyd edək ki, bu ayın sonlarında – dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq.

Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.

Son günlər sosial şəbəkələrdə 83 yaşlı sənətkarla bağlı müxtəlif iddialar yayılıb…