İran Trampın başına 80 milyon dollar mükafat qoydu - ŞOK MÜRACİƏT

06.01.2020
Siyasət
0
0
İranın dövlət televiziyası hər bir iranlını mükafat fonduna 1 dollar keçirməyə çağırdı.
“Kommersant.az” xəbər verir ki, Britaniyanın "The Daily Mirror” saytı "en24”-ə istinadən xəbər veririk, İranın dövlət televiziyası Qasım Süleymaninin matəm tədbiri ilə bağlı canlı yayın verib. İranın molla rejimi bu hadisədən təbliğat vasitəsi kimi yararlanmağa çalışır. Ölkədə Amerikaya qarşı ciddi təbliğat kampaniyası aparılır.
İranın dövlət televiziyası bəyan edib ki, Amerika prezidenti Donlad Trampı öldürənə 80 milyon dollar mükafat veriləcək. Sui-qəsdi törədən şəxs bu mükafatı qəbul etməlidir.
Mükafatın 80 milyon dollar olması da təsadüfi deyil. Çünki İranda 80 milyon insan yaşayır. Ona görə də bu mükafatı yığmaq üçün xüsusi fond yaradılmalıdır və hər bir iranlı o fonda 1 dollar ödəməlidir.
Dövlət televiziyasında belə çağırışların səslənməsi Qərbdə ağlasığmaz hadisə kimi qarşılanıb. Adı çəkilən media orqanları sözügedən elanın mətnini də yayıblar.
Digər xəbərlər

17.03.2025
Siyasət
Yaponiyanın Baş naziri İşiba: Biz valyuta məzənnələrini manipulyasiya etmirik
0
0

14.03.2025
Siyasət
Zelenski bəyan edib: “Biz Türkiyə ilə Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırıq"
0
0