PA rəsmisindən deputatlığa namizədlərə xəbərdarlıq - Qaydalar dəyişib
2
1
Prezident Administrasiyasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) indiyədək deputat olan namizədləri ilə fərdi söhbətlər aparılıb və onlara yeni situasiya izah olunub.
"Kommersant.az" xəbər verir ki, bu barədə azpolitika.info-ya məlumatlı mənbə xəbər verib.
Məlumatda bildirilir ki, yeni il ərəfəsində baş tutan qəbullarda YAP-ın deputat-namizədləri ilə Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev söhbət aparıb.
"Prezidentin köməkçisi açıq şəkildə bildirib ki, heç kim keçmişdəki "ənənəvi qaydalara” ümid etməsin. Z.Nağdəliyev hakimiyyətin öz namizədlərinə lazımi dəstəyi verəcəyini, ancaq bununla yanaşı ölkədə həyata keçirilən islahat siyasətinə kölgə sala biləcək hallara yol verilməyəcəyini də vurğulayıb, xəbərdarlıq edib ki, namizədlər real seçki kampaniyası aparmaqla, seçicilərini səsverməyə cəlb etsinlər”, – mənbə xəbər verir.
Prezidentin köməkçisinin belə xəbərdarlığı hakimiyyətin qeyri-rəsmi dəstəklədiyi namizədlərə də çatdırdığı bildirilir.
Hakimiyyətin namizədlərə fərdi qaydada elan olunan bu mövqeyi isə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərdə ciddi sürprizlərin ola biləcəyini gözləməyə əsas verir.
Belə görünür ki, Azərbaycan iqtidarı bütün beynəlxalq diqqətin üzərində olduğu bir vaxtda, öz namizədlərinə, əvvəllər olduğu kimi, hansı yolla olursa-olsun mandat vermək fikrində deyil.
Bu isə dairələrdə əhali ilə ciddi iş apararaq, seçkini udan namizədin qələbəsinin tanınacağını söyləməyə əsas verir.
Digər xəbərlər
22.11.2024
Siyasət
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
0
0
21.11.2024
Siyasət
Bayden administrasiyasının Ukraynaya 4,7 milyard dollarlıq borc amnistiyası addımı
0
0