USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tanınmış iqtisadçı jurnalist Odər Qəninin namizədliyi - TƏSDİQ OLUNDU

18.01.2020 Siyasət
0 0
Tanınmış iqtisadçı jurnalist, maliyyə və bank sektorunun eksperti kimi də fəaliyyət göstərən "P.S Media"nın rəhbəri Odər Qəninin deputatlığa namizədliyi DSK tərəfindən 26 saylı Sabunçu birinci seçki dairəsindən təsdiqlənib.

Bu barədə jurnalistin sahibi olduğu "Kommersant.az" maliyyə və biznes portalında məlumat verilib.

Odər Qəni bu gündən etibarən fəal ve geniş təbliğat kampaniyasına başlayacağını bildirib. Qeyd edək ki, iqtisadçı jurnalistin namizədliyi "Ümid" partiyasından irəli sürülüb. Onun əsas rəqibi isə sözügedən dairədə 15 ildir millət vəkili postunu tutan Fazil Mustafadır.