USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir məntəqədə seçkinin nəticələrini ləğv edildi

25.02.2020 Siyasət
0 0
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kazım Məmmədovun müraciətinə baxılıb.

"Kommersant.az"-ın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK 91 saylı Ucar Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bundan öncə bu dairənin 18 və 38 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.