USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Kəmaləddin Heydərova - YENİ VƏZİFƏ VERDİ

27.02.2020 Siyasət
0 0
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.

"Kommersant.az" xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvləri sırasında daxil edilib.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.