USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Əgər deyirsinizsə mənimdir…” - Qənirə Paşayevadan mülklərinin siyahısının yayılmasına - REAKSİYA

10.03.2020 Siyasət
0 1
Milli Məclisin deputatı Qənirə Paşayeva araşdırmaçı jurnalist Həbib Müntəzirin onun biznesi ilə bağlı yaydığı siyahıya reaksiya verib.

“Kommersant.az” xəbər verir ki, deputat Həbib Müntəzirin onun və ailəsinin biznesi barəsində yaydığı siyahını yalan, böhtan adlandırıb: “Bütün hər kəsin diqqətinə! Xahiş edirem bu məlumatı oxuyun! Əziz dostlar bir azdan xaricdə oturub yalan sıyahılar yayan Həbib Müntəzir adlı yalançı və böhtançının güya mənim ve ailəmin biznesidir deyə yaydığı siyahı ilə bağlı daha geniş açıqlamam olacaq. Bütün müstəqil jurnalistləri çağırıram. O siyahıda Bakı şəhərində 3 otaqlı evdən və illərdir yaşadığım Masazır kəndindəki evimdən, hansıki bu evdə bir çox jurnalistlər olub hər kəs də gəlib baxa bilər. Burada çox insanlar yaşadığım evi tanıyır (dəbdəbəli villadan söhbət gede bilməz). O iki evdən başqa, siyahını araşdırın, görün kimlərə məxsusdır. Tam mesuliyyətlə deyirəm, o siyahadakı rayonlardakı bizneslerin, o cümlədən Tovuzda otelin mənə, qardaşlarıma, bacıma bir sözlə bizim ailəyə aidiyyatı yoxdur. Hansı jurnalist istəyirsə o siyahanı alıb araşdırsın, gerçəkləri ortaya çıxarsın. Görsünlər ki, həmin yerler kimindir və mənim ailəmlə ümumiyyətlə hər hansı bağlılığı varmı. Bunu araşdırmaq çox asandır”.

Qənirə Paşayeva siyahı yayan Həbib Müntəzir başda olmaqla hər kəsin ondan üzr istəməsini gözlədiyini qeyd edib: “Amma başda bu yalan siyahını yayan yalançı ve böhtançı Həbib Müntəzir başda olmaqla bu yalanı yayanların hamısından cəmiyyət önündə məndən üzr istəmələrini gözləyirəm. Daha geniş açıqlama da olacaq. Yalanlara artıq yeter deməyin zamanıdır. Mən illərlə gecə-gündüz onun üçün çalışmıram ki, Həbib Müntəzir kimilərinin yalanları belə rahat yayılsın. Mən jurnalist kökənliyəm ve Həbib Müntəzir də siyası düşüncələrimdən dolayı, cənab Prezidenti dəstəklədiyimdən dolayı əleyhimə sosial mediada bu yalanları yayan trol ordusuna da cavab verməyə qabiliyyətim çox şükür çatır. Sadəcə onların yalanlarına cavab verməyə sərf etdiyim enerjini cəmiyyət üçün faydalı işlərə sərf etmək daha vacibdir.

Xaricdə oturub yalan yaymaq asandır. Amma hər bir insan yalanlarına görə cavab verməlidir. O siyahıda şəhərdəki 3 otaqlı evimdən və Masazırdakı evimdən - bura həm də bağımdır( başqa yerdə bağım yoxdur) başqa nə varsa, əgər deyirsinizsə mənimdir, sizə bağışlayaram. Gedin, həmin yerə onda gerçəklər ortaya çıxacaq. Adama daha necə izah edərlər. Amma təssüf ki, Həbib Müntəzir kimilərinin dərdi gerçəyin ortaya çıxması deyil, yalanları yaymaqdır. Ona bu yalanlara görə heç cavab da verməyəcəkdım. Sadəcə yazdıqlarına hər hansı vətəndaşımız inana bilər deyə onlara, vətəndaşlarımıza sayğımdan yazdım. Çünki Müntəzirlər əslində bu yalanı məqsədli yayıb. Yazdığım bu yazını yayın, qoyun bütün insanlarımız yalan siyahı yayanları tanısın”.

Qənirə Paşayeva sonda Həbib Müntəzirin yaydığı siyahını da paylaşıb.

Bakı, Nəsimi rayonu, S.Əsgərova küç. ev 156 şəxsi mənzili

Badamdar, Masazır, Şamaxı, Mehdiabadda dəbdəbəli villalar

Kristal Abşeron yaşayış kompleksində mənzillər

Sumqayıtda Qurd Dərəsi bağlarında böyük bir bağı

Xudat meşəsində böyük bir ferması

Siyəzəndə quşçuluq fabriki

Qubada xüsusi sort ting qoz ağacı sahələri, alma bağları

Qusar rayonunda hektarlarla fındıq bağları

Xaçmaz rayonu, Maqsudkənd ərazisində findiq bağları

Tovuz rayonunda dəbdəbəli hoteli və iri ferması

Maştağa qəsəbəsi, "Savxoz" adlanan yerdə hektarlarla parniklər

Sabirabadda hektarlarla qarpız sahələri

Bakının Zirə kəndində istixanalar

Salyan rayonu, Xələc kəndində böyük ərazidə üzüm bağları, sarımsaq sahələri

Şabran, Xaçmaz, Tovuzda hektarlarla bağları

Bakının Mehdiabad qəsəbəsində iri bir ferması

Sumqayıt Texnologiya Parkı ilə üzbəüz zavodu

Xudat istiqamətində hektarlarla gilas bağları

Bakıda Əcəmi metrosunun çıxışında obyektləri

Sumqayıtda "Turan" restoranlar şəbəkəsinə "krişalıq" etdiyi deyilir

Sumqayıt-Novxanı-Binəqədi marşrutu ilə işləyən 985 nömrəli avtobus xətti

Ələtdən üzü Salyana sağ tərəfdə, Şirvan kanalın sağında böyük bir balıq gölü

Türkiyə, Gürcüstan, Monteneqro, Maltada biznesi, mənzil və obyektləri olduğu iddia olunur