USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclis təkzib etdi: “Lazım gəlsə, siyahını açıqlayarıq”

13.04.2020 Siyasət
0 1
Koronavirusla Mübarizəyə Dəstək Fonduna cəmi 16 deputatın vəsait ödəməsi barədə yayılan informasiya həqiqəti əks etdirmir. Bu, tamamilə yalan məlumatdır.

"Kommersant.az" bildirir ki, bunu Oxu.Az-a açıqlamasında açıqlamasinda Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

O bildirib ki, bütün Milli Məclis üzvlərinin hamısı Fonda pul köçürüb: “Milli Məclisin bütün deputatları, parlament Aparatının əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manatdan çox pul köçürüblər. Milli Məclisin sədri Sahibə Qafarova bu günlərdə plenar iclasların birində ictimaiyyətə və mətbuata bu barədə açıqlama verib”, - deyə o əlavə edib.

A.Təvəkküloğlunun sözlərinə görə, lazım gəlsə, Fonda maliyyə yardımı edən deputatların siyahısını ictimaiyyətə və mətbuata açıqlamağa hazırdırlar.

Xatırladaq ki, mətbuatda sözügedən Fonda cəmi 16 deputatın ianə etməsi barədə məlumat yayılıb.