USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisin plenar iclaslarının müddəti ilə bağlı - DƏYİŞİKLİK

17.04.2020 Siyasət
0 0
"Plenar iclasları karantin dövründə 2 saat müddətində yekunlaşdıraq”.

"Kommersant.az"-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin (2019-cu il üzrə)" müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, virus daha çox qapalı məkanlarda yayılır: “Buna görə də çıxışlar 5 dəqiqə, iclaslar isə 2 saata yekunlaşmalıdır. Bu alınmasa, 2 saatdan sonra fasilə verilməli, qapı-pəncərələr açılıb, hava dəyişdirilməlidir”.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.