USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qubad İbadoğlu Prezidentin qərarını təqdir etdi

18.04.2020 Siyasət
1 1
Azərbaycanda 190 manat alacaq işsizlərin sayı 200 mindən 600 minə artırıldı. Hesab edirəm ki, bu qərar düzgündür, post-pandemiya dövrü üçün də əhəmiyyət daşıyacaq, məcmu tələbi stimullaşdıracaq və gizli məşğulluğun leqallaşmasına töhfə olacaq. İndi əsas məsələ şəffaflığın təminatıdır. Odur ki, işsiz kimi müavinət alanların siyahısını dərc olunmalıdır”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib

Q.İbadoğlu təklif edib ki, bu yardım müddətli yox, daimi olmalı, işsizlər işlə təmin olunana qədər işsizliyə görə sığorta ödənişi almalıdırlar: “İndiyə qədər qeydiyyatdan keçməyən işsizlər müraciətlərini davam etdirsinlər. İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib ki, "Bu günə qədər nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-nə kimi davam edəcək. Ancaq indi uzadılacaq. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı təbəqənin nümayəndələridir”.

Mən həmişə yaxşıya yaxşı, pisə də pis demişəm. Odur ki, tənqidlərimə reaksiya verilməsinə, ehtiyacları düzgün dəyərləndirib, hər bir işsizə bu yardım ödənilməlidir təklifimin nəzərə alıb müavinət alan işsizlərin sayının 200 mindən 600 minə qədər artırılması təşəbbüsünü təqdir edirəm. Bununla yanaşı, "işsiz kimi qeydiyyata düşün və yardım alın" ictimai təşəbbüsümə qoşulan, onu paylaşan, işsizlərə qeydiyyatdan keçmək üçün kömək edən hər kəsə minnətdaram. Eyni zamanda bildirmək istəyirəm ki, işsizlərin qeydiyyatı davam edir, odur ki, qeydiyyatdan keçməyənlər e-sosial.az saytdında qeydiyyatdan keçsinlər.

Hesab edirəm ki, bu qərar post-pandemiya dövrü üçün də əhəmiyyət daşıyacaq, məcmu tələbi stimullaşdıracaq və gizli məşğulluğun leqallaşmasına töhfə olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsini bir daha işsiz kimi müavinət alanların siyahısını dərc etməyə çağırıram. Hesab edirəm ki, şəffaflığın təmin edilməsi üçün bundan yaxşı yanaşma ola bilməz. Çalışmaq lazımdır ki, bu yardım yalnız ehtiyacı olanlara ödənilsin. Ödənişlər şəffaf və hesabatlı olmalıdır.

Təklif edirəm ki, bu yardım müddətli yox, daimi olsun, işsizlər işlə təmin olunana qədər işsizliyə görə sığorta ödənişi alsınlar.

Bununla əlaqədar olaraq Milli Məclis də müvafiq qanunlarda dəyişiklik etməlidir”.