USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirildi

21.04.2020 Siyasət
0 0
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda) ilə bağlı qeyd edilib ki, təklif olunan dəyişiklik, Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan bir sıra konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin sosial-yönümlülük prinsiplərinə uyğun olaraq azaldılması məqsədilə hazırlanıb. Komitə üzvləri - Əli Məsimli, Aydın Hüseynov, Məşhur Məmmədov, Vüqar Bayramov, Anar Məmmədov, Rüfət Quliyev məsələ barədə fikirlərini bölüşüblər.