USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aslan İsmayılovdan - MÜHÜM TƏKLİF

04.05.2020 Siyasət
0 0
Bu gün ən təxirəsalınmaz addımlar hüquq mühafizə və məhkəmə orqanlarında keçirilməlidir. İndi əvvəllər də dəfələrlə təklif etdiyim bir dəyişiklik barədə fikirlərimi daha ətraflı Sizə də bildirim.

Bu gün Azərbaycanda həqiqətən analoqu olmayan, çox biabırçı bir sistem qurulub. Prokurorluğun, Daxili İşlər Naziriliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Gömrük komitəsinin, Vergilər Nazirliyinin, Sərhəd Qoşunlarının hərəsinin öz İstintaq Baş İdarələri, İdarələri, Şöbələri var. Bunun da nə üçün edildiyini Sizlərə bildirim. Bu orqanların hər birinin cinayət yuvası olduğundan, Dövlətin yox, həmin təşkilatlara başçılıq edənlərin maraqlarına qulluq etdiklərindən həmin qurumlarda olan cinayətlərin kənara çıxmaması üçün bütün qanunsuz əməllər özləri tərəfindən araşdırılır, rəhbər şəxslərə aid cinayət əməlləri ört-basdır edilir və ancaq birinci şəxsin icazəsindən sonra materiallar araşdırılması üçün elə həmin təşkilatların istintaq orqanlarına tapşırılır. Aydındır ki, istintaq orqanı ona rəhbərlik edənlərin cinayətini araşdırmaz və günahkar şəxs də həmin qurumun rəhbər işçilərinin cinayətləri haqqında ifadə verməz. Bu orqanlar ancaq və ancaq həmin qurumların rəhbər işçilərinin cinayətlərini ört-basdır etmək üçündür. Məhz buna görə də bu günə qədər bir nazir və komitə sədri barəsində nəinki cinayət işi açılmamış, heç material belə toplanmamışdır.

Ona görə də dəfələrlə təklif etmişəm ki, bütün istintaq orqanları Prezidentə, yaxud digər Ali Orqana tabe olan bir İstintaq Komitəsində birləşdirilməlidir. Prokuratura həmin istintaqa ancaq prosessual rəhbərliyi həyata keçirməlidir. Heç bir nazirliyə, komitəyə tabe olmayan istintaq orqanı təbii ki, nazirlik və komitə rəhbərləri haqqında araşdırma apara biləcək.

Bundan başqa, bəllidir ki, rüşvətxorluğun bu cür geniş miqyas almasının bir səbəbi də bürokratiyadır. Nə qədər çox yoxlayan subyektlər varsa, o qədər də rüşvət alanlar var. Bu addımla həm də minlərlə rüşvət toplayan subyektlər sıradan çıxarılmış olar.

Aslan İsmayılov

Hüquqşünas