USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fazil Mustafa karantini pozanları "SÜRÜ" adlandırdı - FOTO

09.06.2020 Siyasət
0 0
Milli məclisin deputatı Fazil Mustafa polisə zibil atanları sürü adlandırıb.

"Kommersant.az" xəbər verir ki, facebookda paylaşım edən deputat insanların qəzəbinöə tuş gəlib.

Deputatın statusunu olduğu kimi təqdim edirik:

"Bu sürünün qarşısında durmalıyıq. Bunlar vətəndaş deyillər, Vətəni qarışdırmaq istəyən yaramazlardır. Bəli, karantin dövrü müharibə dövrüdür. Onun sərt qaydalarına tabe olmaq lazımdır. Belə bir dövrdə öz vəzifə borcunu yerinə yetirən Azərbaycan polisinə zibil atmaq, güllə atmağa bərabərdir. Bu sadəcə əxlaqsızlıq və şərəfsizlik deyil, məqsədyönlü təxribatdır. Polis də bu Vətənin övladıdır, sən evində istirahət edəndə 3 aydır küçələrdə təhlükə ilə üz-üzə qalıb vətəndaşları qorumağa çalışır. Xeyli sayda polis və ailəsi koronavirusdan əziyyət çəkir. Mədəni şəkildə hər kəs polisə iradını bildirə bilər, qanuna uyğun şəkildə şikayət edə bilər, sosial şəbəkədə məhz bu hadisəyə görə polisə qarşı total hücum edən yaramazları ən sərt şəkildə cəzalandırmaq lazımdır".