USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputatla bağlı - SENSASİON AÇIQLAMA

22.06.2020 Siyasət
0 0
DİQQƏT İQBAL MƏMMƏDOVA!

Yekə bir deputatdır. 15 ildir Lerikdən təyin olunur və Leriki ağlar günə Qoyanlardan birinə çevrilib. Zaman-zaman onu Lerikin icra başçısı Rövşən Bağırov və müavini Cəlil Baxşıyevlə bir yerdə tənqid edirik. Bu tənqidlərdən nəticə çıxararaq dünən bir çıxış etdi və onu təqdir etdik. Düşündüm ki, yəqin deputat tənqidlərdən nəticə çıxarıb. Heyhat... Qoz beli qəbir düzəldərmiş.

Dünən axşam Zaur Qəriboğlunun tənqidi çıxışından sonra onun haqqında yazı yazdırdığını, yazının "keyfiyyətini", dərc olunduğu saytları görəndən sonra adamın hansı "kapasitə"də olduğu aydınca görünür. Hələ hər dəqiqə bu saytlara istinadən yazını paylaşdığını və "Seçicilərimnən xahiş edirəm mənim haqqımda yazılan qərəzli yazılara fikirlərin bildirsinlər" (bir cümlədəki bir neçə səhvi bilərəkdən saxlayıram) "səviyyə"sini görəndə adam mat-məəttəl qalır. Bu adamlara necə böyük və şanlı bir bölgəni etibar etmək olar? Və... bu adamlar o bölgə üçün nə edə bilərlər?! Heç nə!

Zaur Qəriboğlunun və Reaksiya TV-nin yanındayam! İqbal Məmmədov kimi deputatlar yalnız nümayiş etdirdikləri "düzey" qədər var! Ondan çox deyillər! Reaksiya TV və Zaur Qəriboğlu hər zaman var olacaq, amma İqbal olmayacaq. Mən bu yazıdan, onun dərc olunduğu saytlardan və İqbalın paylaşma interval-həyəcanından anladım ki, İqbalı, ya da onun arxasında dayanan gücü vururlar - bir azdan sonra heç görünməyəcəklər! O zaman nə edəcəksiniz?!

Əvəz Zeynallı

Jurnalist