USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda məmurların həbsi haqda - Rəsmi açıqlama

22.06.2020 Siyasət
0 0
Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron rayonunda əməliyyat keçirib.

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev, həmin idarənin Tural adlı əməkdaşı və 2 saylı Mənzil İstismar Sahəsinin rəisi Murad həbs olunub.

Baş Prokurorluqdan Yenisabah.az-a bildirilib ki, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək:

“Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılmışdır.

Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.

Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”.

Unikal