Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev koronavirusa yoluxmayıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə deputatın köməkçisi Eldar Məmmədov məlumat verib.
O bildirib ki, bir neçə dəqiqə bundan öncə deputatın oğlu Hafiz Rzayev ilə əlaqə saxlayıb: "Tahir müəllimin oğlu mənə dedi ki, atası koronavirusa yoluxmayıb. Dağ rayonlarının birində istirahət edir. Tahir müəllim bu həftə ərzində parlamentə gələcək". Report