USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan Livana,Livandan Ermənistana gedən yardım - VİDEO

06.08.2020 Siyasət
0 1
Xəbər veridiyimiz kimi Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış artıq bir neçə gündür ki, dünyanın gündəmini zəbt edib. Beyrutda baş verən dəhşətli partlayış nəticəsində azı 135 nəfərin ölməsindən və 4000-dən çox insanın yaralanmasından sonra Livan matəm içindədir.

"Kommersant.az" xəbər verir ki, Livanda baş vermiş partlayışa görə Azərbaycandan Beyruta 1 000 000 (bir milyon) ABŞ dolları yardım edəcək.

Qeyd edək ki, cari ilin iyul ayında Azərbaycan və Ermənistan arasında baş verən qısa müddətli müharibə zamanı (generalımız və digər şəhidlərimizi torpağa tapşırarkən) Livan höküməti Ermənistana öz dəstəyini göstərmişdi. Bundan başqa Livanın paytaxtı Beyrut şəhərində Ermənistana dəstək məqsədilə Azərbaycan və Türkiyə bayraqları ayaqlar altına atılmışdı.

Sosial şəbəkələrdə isə bu ciddi narazılığa səbəb olub. Belə ki,sosial şəbəkələrdə "Karantində hər kəsə pul paylanılsın" fikri səslənəndə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev: “Bunu deyənlər ölkənin süqutunu istəyənlərdir” - deyə, etiraz etmişdi. Görəsən, eyni etirazı nazirimiz, ermənistanın hərbi müttəfiqinə pul ayrılanda bildirdimi?" -fikirləri səsləndirilir.