Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycanda səfərdədirlər.
Türkiyəli qonaqları Bakıda Müdafiə naziri Zakir Həsənov, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.