USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mənim adımdan yanlış informasiya yayıblar” - Vahid Əhmədov

20.08.2020 Siyasət
1 0
"Milli Məclisdə uşaqpulu ilə bağlı komissiyanın yaradılması xəbərindən məlumatım yoxdur. Bəzi saytlar mənim adımdan yanlış informasiya yayıblar".

"Kommersant.az" xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

"Sadəcə mənə usaqpulu ilə bağlı komissiyanın yaradılması barədə sual verdilər. Mən də xəbərsiz olduğumu, mətbuatda bu barədə məlumat oxuduğumu bildirdim",- deyə parlamentari əlavə edib.

Vahid Əhmədov bu məsələnin gündəmdən düşmədiyini də vurğulayıb:

"Bu məsələ onsuz da gündəmdədir. Gündəmdən çıxarılmayıb. Milli Məclisin deputatları mütəmadi olaraq bu məsələyə toxunurlar. Amma Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bununla bağlı arqumentləri var. Sanballı arqumentlərdir. Bizim arqumentimiz isə odur ki, uşaqpulu məsələsində kimin neçə uşağının olduğu bəllidir. Nə qədər vəsait veriləcəksə, birbaşa ora gedəcək. Eyni zamanda, ünvanlı sosial yardımlarda və digər müavinlərdə müəyyən problemlər yaranır. Vətəndaşlar bu barədə bizə şikayətlər edirlər və sairə"