USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tahir Kərimli: “Ramiz Mehdiyevlə iynənin ucu boyda əlaqəm olmayıb”

04.09.2020 Siyasət
0 0
“Kiməsə sözüm varsa, vəzifədə olanda deyirəm. Ramiz Mehdiyevlə iynənin ucu boyda əlaqəm olmayıb. Deyilənlər böhtandan başqa bir şey deyil”.

Bunu açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat bu məsələlərə qarışmaq istəmədiyini bildirib: “Açığı bu məsələyə qarışmaq istəmirəm. Bilirsiniz necədir, insan vəzifədə olanda, hünərin çatırsa, tənqid et, sözünü de. Bunu etməmişiksə... Baxın, icra başçıları və digər vəzifəli şəxslər həbs olunur, mən onların əleyhinə danışmıram. Bu, mənim xarakterimdir. Deyirlər ki, Tahir Kərimli özünün də təmsil olunduğu AXC-Müsavat cütlüyünün hakimiyyətini tənqid edirdi, indi isə susur... Mən tənqid edəndə, onlar vəzifədə idilər, Prezident də, Baş Nazir də işləyirdi. Tənqidləri üzlərinə deyirdim, gedəndən sonra arxalarınca demirdim ki... Ramiz Mehdiyev məsələsinə gəldikdə isə onunla hər hansı təmasım olmayıb. Yalnız