USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Komitə sədri: "Həmin rayonlar formal fəaliyyət göstərir, bu, bir reallıqdır"

07.09.2020 Siyasət
0 0
"Düzdür, Gəncədə Kəpəz və Nizami rayon İcra Hakimiyyəti formal fəaliyyət göstərirlər. Orada əsas işi həm Sovet dövründə, həm də müstəqillik dövründə səlahiyyətlər də, fəaliyyət də şəhər icra hakimmiyəti tərəfindən tənzimlənib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri məsələnin çox ciddi şəkildə ölçüb-biçilməsinin tərəfdarıdır:

"Yəni, ideyanın əsas məqsədi nədir? İdarəetməni rahatlandırmaq baxımından asanlaşdırmaqdırsa, təkrarçılığı aradan qaldırmaqdırsa, bu müsbət bir fikirdir”. Yəqin bu fikir boş yerdən ortaya atılmayıb. Sumqayıtda da təxmini eyni əhali var, Sumqayıt şəhəri də bir mərkəzdən çox uğurla idarə olunur. Yenə deyirəm, həmin rayonlar yaranandan bu yana əslində, formal fəaliyyət göstərir və bu, bir reallıqdır. Şəhərin demək olar ki, bütün idarəetməsi, bütün tədbirlərin həyata keçirilməsi, siyasi, iqtisadi, sosial həyatı hamısı Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən tənzimlənir. Bu mənada bəlkə də yaxın perspektiv üçün lazımdır, amma uzaq perspektiv üçün onun lazımlılığını ölçüb-biçmək lazımdır”.

Deputat məsələyə başqa aspektdən də baxmağı tövsiyə edib:

"Düşünürəm ki, o icra hakimiyyətlərində nə qədər ştat var, ştat vahidində çalışan insanlar var. Onların işlə təmin olunması hansı dərəcədə olacaq? Bu bir istiqamətdir. Digər tərəfdən də mən belə düşünürəm ki, əksinə əgər biz Gəncəni milyonluq şəhərə çevirəcəyiksə, Gəncə böyük sənaye şəhəri şəhəridirsə, orada rayon icra hakimiyyətləri yarana bilər. Şəhərin gələcəkdə daha da böyüməyi planda, perspektivdə varsa, milyonluq şəhərə, regionun böyük sənaye mərkəzinə çevirmək varsa, onda idarəetməni daha da genişləndirməkdən ötrü bu rayonların fəaliyyəti lazım ola bilər. Burada hər şeyi ölçüb-biçmək, şəhər ictimaiyyətinin də fikrini öyrənmək lazımdır”.

"Digər bir məsələ də var. Çoxdan bu söhbət gedir ki, yavaş-yavaş ölkədə yerli idarəetmə səlahiyyətləri daha çox bələdiyyələrə verilsin və bələdiyyə fəaliyyəti artsın. Əgər bu, belə olacaqsa, onda bir azdan sonra heç icra hakimiyyətlərinə ehtiyac qalmayacaq. Yəni, burada gəlir nədir? İtki nədən ibarətdir? Hamısını ölçüb-biçmək lazımdır. Amma istənilən halda, düşünürəm ki, ləğv etməyə gediləcəksə, o strukturda çalışan bütün işçilər hamısı işlə təmin olunmalıdır. O insanları işsiz qoymaq olmaz. Biz bələdiyyələrin statusunu artırıb, icra hakimiyyətlərinin statusunu azaldacayıqsa, onda o addımı atmaq indidən yerinə düşər” – deyə M.Quliyev qeyd edib.