USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Həsənov və qohumları məcburi köçkün ailəsinə təzyiqlər edir

07.09.2020 Siyasət
0 0
Məcburi köçkünün Füzulidəki evinin ermənilər alıb, Bakıdakı evini Əli Həsənov və qohumları yarasız hala alıb

Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov I Qarabağ döyüşlərinin iştirakçısı, 2-ci qrup əlil Namiq Heydər oğlu Mehdiyevin ailəsinə təzyiqlər göstərir, onun ailəasinə məxsus evi yarasız hala slıblar.

Pravda.az-ın məlumatına görə, Əli Həsənov və onun arvadı Sona Vəliyevaya yaxınlığı ilə seçilən "Azərsu" ASC-nin Nizami rayon Su Kanalı İdarəsinin rəisi Kamal Vəliyevin həyat yoldaşı Gülər Məhəmməd qızı Vəliyevanın adına Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 3 mərtəbəli bina tikilib.

İddiaya görə, həmin tikilmiş, içərisində təmir işləri aparılan bina Gülər Vəliyevanın adına olsa da, bina Əli Həsənova və onun arvadı Sona Vəliyevaya məxsusdur.

Əli Həsənov həmin binanı tikdirərkən qonşulquda olan 2-ci qrup Qarabağ əli Namiq Mehdiyevə məxsus, rəsmi sənədlərdə sonuncunun həyat yoladşı Sevil Ehsan qızı Əliyevanın adına olan ev yarasız vəziyyətə salınıb.

Belə bir özbaşınalığı isə Əli Həsənov və qohumu, hazırda "Azərsu" ASC-nin Nizami rayon Su Kanalı İdarəsinin rəisi Kamal Vəliyev edib.

Əli Həsənov vəzifədə olduğu dövrdə də, hazırda da Vəliyevlər ailəsini himayə edir, Namiq Mehdiyev və onun ailəsinə məxsus evin yarasız vəziyyətə salınması ilə bağlı şikayətlərin dövlət qurumları tərəfindən araşdırılmasının qarşısını almağa cəhd göstərir.

Bununla bağlı Namiq Mehdiyevin həyat yoldaşı Sevil Ehsan qızı Əliyeva Sabunçu rayon Məhkəməsində iddia qaldırıb. İddia ərazəsinə Sabunçu rayon Məhkəməsində baxılır.

Füzuli rayonunda məcburi köçkün olan Sevil Əliyeva və ailəsi hazırda məcburi köçkün kimi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən Bəy Ağayev küçəsi, ev 37 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayırlar.

İddiaçı Sevil Əliyeva Əli Həsənovun qohumu Kamal Vəliyevin həyat yoldaşı Gülər Məhəmməd qızı Vəliyevaya, həmçinin üçünçü şəxs kimi Sabunçu rayon İcra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldırıb.

İddia ərizəsinə görə, Əli Həsənovun qohumu Kamal Vəliyevin həyat yoldaşı Gülər Vəliyevanın mülkiyyətində olan Bakıxanov qəsəbəsi, Həsən Ağayev küçəsi, ev 52/2 üenvanında tikinti sahəsində dövlət standartlarına, tikinti norma və qaydalarına, texniki şərtlərə və digər normativ hüquqi aktlara riayət olunmadan aparılmış qanunsuz tikililərin onların hesabına sökülməsi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən, həyatyanı sahədən istifadəyə, əmlakına cavabdeh tərəfindən yaradılan manelərin qaldrılması istənilib.

İddiaçı Sevil Əliyeva qeyd edib ki, Füzuli rayonu ərazisində olan evləri erməni işğalçıları tərəfindən ələ keçirildikdən sonra ailələri ilə birlikdə 1992-ci ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıblar:

“Həyat yoldaşım Namiq Mehdiyev 1992-ci ildən Milli ordumuzun sıralarında vətənimizin müdafiəsində olub, 1994-cü ildə aldığı xəsarətlərlə bağlı səhhətində yaranmış fəsadlarla əlaqədar ordudan təxris olunub, aldığı xəsarətlər nəticəsində sağlamlığının bərpası mümkün olmayıb, 2-ci qrup müharibə əlili olub. Həyat yoldaşım ordudan təxris olundurqdan sonra bir müddət Bakı şəhərində yataqxanada yaşadıq, 1995-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən Bəy Ağayev küçəsində yerləşən fərdi yaşayış evinin sahibindən, həmin fərdi yaşayış evinin həyatyanı torpaq sahəsinin 1,5 sotunu alaraq yaşayış evi tikdirdik. Evi tikdirərkən rayon icra hakimiyyəti tərəfindən həyat yoldaşımın müharibə əlili olmağı nəzərə alınaraq müəyyən köməkliklər də göstərildi. Evim bütün kommunal xidmətlərə təmin olundu, evimə 37 ünvanı verildi. Mən 1995-ci ildən ailə üzvlərimlə birlikdə həmin evdə yaşayıram. Sahibliyimdə olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən Bəy Ağayev küçəsi ev 37-də olan evimə mənim adıma çıxarış verilərkən 2018-ci ilıdə şəxsi mülk kimi dövlət qeydiyyatına alındı”.

İddiaçı bildirib ki, evini şəxsi mülk kimi dövlətə qeydiyyatına alınan zaman onun ətrafında olan ərazi boş olub:

“Mənim evimin yanındakı ərazi əvvəllər boş sahə olsa da, sonradan həmin ərazi bir nəfər tərəfindən alınaraq daş hasara alındış Ərazidə həyətin ortasında üç mərtəbəli ev tikildi. 2018-ci ildə həmin ev başqa bir şəxs tərəfindən alındı. Həyətdə mövcud olan evin yanından mənim evimə tərəf yeni üç mərtəbəli ev tikdirməyə başladılar. Mənim evimə qədər bünövrə yeri qazdılar. Mən həmin şəxslərə etiraz edərək apardıqları tikintinin mənim evimə birləşdirilməməsini, evimdən heç olmasa iki metr aralı aparılmasını istədim. Əlavə etdim ki, bu tikilidən sonra mənim evimdə yaşamaq mümkünsüz olacaq. Evim havaya, gün işiğına həsrət qalacaq. Buna baxmayaraq, onlar tikinti normalarını pozaraq işlərini davam etdirdilər”.

Sevil Əliyevanın sözlərinə görə, bundan sonra Vəliyevlərin qanunsuz tikinti aparılması üçün müvafiq qurumlara müraciət etsələr də, müraciətlərinə cavab verən olmayıb. İddiaçı bunun səbəbini belə izah edib:

“Mən müvafiq dövlət qurumlarına müraciət etsəm də, şifahi olaraq mənə bildirdilər ki, həmin ərazi Prezidentin keçmiş köməkçisi Əli Həsənovun (Əli Həsənov həmin dövrdə vəzifədə olub – red.) həyat yoladaşı Sona xanım tərəfindən alınıb, yaxınlarının adına rəsmiləşdirilib və tikinti işlərin də onun göstərişi ilə aparılır, biz heç nə edə bilmərik. Mənim şikayətlərimə məhəl qoyulmadı. Evimə birləşdirilməklə ərazidə üç mərtəbəli tədris korpusu formasında bina tikildi. Hətta binanın mənim həyətimə, evimə tərəf olmaqla hər üç mərtəbəsində pəncərələr qoyuldu. Binada tikinti işləri və təmir işləri aparılarkən tikilinin zibilləri mənim evimin damına tökülürdü, Hətta bir dəfə tikilidə işləyən şəxslərdən birinin çəkdiyi siqareti mənim evimin damına atması nəticəsində evin damına tökülmüş zibillər yandı. Tikintidə işləyən şəxslər yanğını dərhal keçirərək evimi yanmaqdan xilas etdilər. Haızrda binanın tikintisi tam başa çatdırılıb və binada təmir işləri aparılır.

Bundan sonra evimdə yaşamağın mümkünsüz olduğunu gördüm. Onlara dedim ki, tikmisiniz, Allah xeyrinizi versin, amma nəzərə alın ki, mənim həyat yoldaşım 2-ci qrup müharibə əlilidir, sağlamlığını bu vətənin, dövlətin yolunda itirib, bu yarasız vəziyyətə saldığınız evdə yaşaya bilmirik, Bizi havaya, gün işığına həsrət qoydunuz. Onlara təklif etdim ki, bu evi də verim sizə, məni bu ərazidə yaşadığım şəraitə uyğun başqa bir yaşayış sahəsi ilə təmin edin. Onlar bundan imtina etdilər”.

İddiaçı qeyd edib ki, binanın sahibləri onlarla düşmən kimi davranırlar:

“Binanın bütün zibilləri mənim evimin damına tökülür, evim yarasız vəziyyətə salınıb. Evimin damlarında çatlar əmələ gəlib. Rütubətdən, havasızlıqdan evdə yaşamaq mümkünsüz olub. Həyat yoldaşım ağ ciyər xəstəliyindən, təngənəfəssizlikdən əziyyət çəkdiyindən öz evimizdə yaşaya bilmirik”.

İddiaçı bildirib ki, Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə tikilən evlər arasında saxlanılmalı olan ara məsafələri müəyyən edilir:

“Həmin qərara əsasən, cavabdeh apardığı tikili ilə mənim mülkiyyətimdə olan ev arasında ən azından 4-5 metr məsafə saxlamalı idi. Cavabdehin qanunsuz tikinti işləri aparması, apardığı tikinti işlərininmənim hüquqlarının pozulması barədə cənab Prezidentə, Vitse-Prezidentə, müvafiq dövlət qurumlarına şikayət etsəm də, sonda mənə müxtəlif cavablar verilib, məhkəməyə müraciət etməyim tövsiyyə olunub”.

Sevil Əliyevanın vəkili Bağban Şirinov Demokrat.az-a bildirib ki, iddia ərizəsinə Sabunçu rayon Məhkəməsində hakim Əşir Səmədovun sədrliyi ilə baxılır.

Vəkilin sözlərinə görə, iddia ərizəsi üzrə bir neçə məhkəmə iclası keçirilsə də, qarşı tərəf iclaslarda iştirak etmir.

Bağban Şirinov bildirib ki, Vəliyevlərin hüquqlarının müdafiə etdiyi ailənin evini yarasız vəziyyətə salınması ilə bağlı faktları məhkəməyə təqdim edib.

Onun sözlərinə görə, bina tikinlən dövrdə qarşı tərəf özü də Sevil Əliyevaya məxsus evin yarasız vəziyyətə salmalarını etiraf ediblər:

“Həmin dövrdə evi alacaqlarına, Əliyevlərə Bakıxanov qəsəbəsində başqa bir evlə təmin edəcəklərinə söz versələr də, vədlərinə sonradan əməl etməyiblər. Araşdıranda görürük ki, Qarabağ əlili olan Namiq Mehdiyev və onun ailəsinin yaşadığı evdə şərait ürək açan deyil. Bu da həmin tikiləndən sonra belə vəziyyətə düşüb. Biz bununla bağlı dəflərlə dövlət qurumlarına şikayət etsək də, bizim şikayətimizə baxılmayıb”.Demokrat.az