USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşdü

19.09.2020 Siyasət
0 0
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

"Kommersant.az" -ın məlumatına görə, bu barədə H.Hacıyev məlumat verib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, görüşdə ikitərəfli münasibətlər nəzərdən keçirilib.

Eyni zamanda, mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.