USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Pafoslu bayağı "vətənpərvərliyi" unudun" - Natiq Cəfərli

22.09.2020 Siyasət
0 0
"Savaşa başlamadan öncə bölgəmizdə Ermənistan tərəfdə olan böyük düşmən gücü, bizimlə birgə olan dost güclə neytallaşdırmaq lazımdı - bunu pafossuz da etmək olar: Azərbaycan Türkiyə ilə yeni hərbi saziş imzalamalı, qardaş ölkənin burada hərbi mövcudluğu rəsmiləşməlidir".

"Kommersant.az" xəbər verir ki, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

N.Cəfərli əlavə edib ki, bunun adını hərbi baza qoymağa ehtiyac yoxdur - ölkənin müxtəlif bölgələrində Azərbaycan-Türkiyə Hərbi Tədris və Təlim mərkəzləri açıla bilər. Bu həm yerli qanunlarımıza (hərbi doktrinaya), həm də beynəlxalq hüquqa uyğun addım olacaq, nə NATO, nə də Rusiya bu məsələyə etiraz etmək üçün rəsmi səbəb tapmayacaq:"Bir daha: Qarabağın işğaldan azad edilməsinə gedən yol yeni "ictimai sazişdən", ağıllı və düşünülmüş addımlardan, Ədalətli Rifah Dövlətinin yaranmasından keçir. Pafoslu bayağı "vətənpərvərliyi" unudun, indi 20-ci əsr deyil ki, "urrra" ilə, say üstünlüyü ilə müharibə udulsun - savaşı texnologiyalar, ağıllı diplomatiya, ədalətli daxili siyasət, güclü iqtisadiyyat və bütün bunlara söykənən hazırlıqlı əsgərimiz udacaq".