USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənilər Milli Məclisin deputatının ofisini atəşə tutdu - FOTO

06.10.2020 Siyasət
0 0
Milli Məclisin deputatı Vüqar Bayramovun Horadizdə yerləşən ofisi işğalçı Ermənistan ordusu tərəfindən atəşə tutulub.

"Kommersant.az" xəbər verir ki, bu barədə V.Bayramov özü məlumat verib.

"Atəşi nəticəsində binanın şüşələri sınıb və ofisə ciddi ziyan dəyib. Bu fakt bir daha təsdiq edir ki, eməni təxribatçıları beynəlxalq konvensiyaları pozmaqda davam edir və mülki vətəndaşları, əmlakları hədəfə alır. Bununla yanaşı, belə hallar əhali arasında əhval-ruhiyyəni azaltmır, əksinə vətəndaşlarımız Ali Baş Komandanın ətrafında sıx birləşərək orduya dəstəyi daha da artırırlar.

Yaxın zamanlarda ofisimizi Füzuli şəhərinə köçürəcəyik. Savaşdan sonra isə bu ofisimizi təmir edib erməni izini tamamən itirəcəyik. Füzuli şəhərində açılacaq ofisimizdə seçicilərimiz ilə görüşlərin keçirilməsinə az zaman qaldı. Qələbə bizimlədir!".