USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Ordusu kritik mərhələni keçdi, indi daha sürətlə irəliləyəcək...” - SEVİNDİRİCİ AÇIQLAMA

06.10.2020 Siyasət
2 0
Türkiyəli təhlükəsizlik və antiterror məsələləri üzrə ekspert Coşkun Başbuğ “Yeni Şafak” qəzetinə müsahibəsində Azərbaycan Ordusunun Qarabağda döyüş əməliyyatlarını şərh edib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu həm əməliyyatın planlaşdırılması, həm icra edilməsi mərhələsini çox uğurlu şəkildə həyata keçirir.

Başbuğ qeyd edib ki, Dağlıq Qarabağ kimi mürəkkəb coğrafi şəraitə malik bölgədə dünyanın azsaylı orduları döyüş əməliyyatları apara bilər. “Bu cür mürəkkəb, çətin əməliyyatdan əvvəl qərargah zabitlərinin ərazini çox ciddi təhlil etməsi lazım idi. Əməliyyatların gedişi Azərbaycan Silahlı Qüvvələrinin bu işi necə düzgün gördüyünü sübut edir. Çünki şüursuzcasına hərəkət edilsəydi xaos, qəza və ciddi itkilər olardı. Azərbaycanı həqiqətən təbrik etmək lazımdır. Oradan gələn qardaşlarımıza verdiyimiz təlimlərlə hərbi ruhun yüksəldiyini görürük”,- Coşkun Başbuğ belə deyib.

O vurğulayıb ki, Azərbaycan Ordusu 5 istiqamətdən hərəkətə keçib. Cənubda Cəbrayılın azad edilməsi, şimalda irəliləməsi qazanılan ilk ciddi uğurlardır. Başbuğ hərbi əməliyyatların nə qədər davam edəcəyi barədə danışarkən bu cür müharibələrdə vaxt müəyyən etməyin düzgün olmadığını bildirib. “Doktrina baxımından vaxt müəyyən etmək düzgün deyil. Müddətə təsir edən bir çox amillər var. İqlim amili, coğrafi şərtlər, yeni fövqəladə situasiyaların meydana çıxması kimi. Azərbaycan Ordusu çox qısa müddətdə bu cür böyük uğur əldə edə bildi. Bundan sonrakı mərhələdə proses daha sürətlə gedəcək. Ermənistan ordusu ən böyük müqaviməti birinci müdafiə xəttində göstərdi. Bu xətt qırıldıqdan və müəyyən mərhələ keçildikdən sonra arxası corab sökülməsi kimi asan gedəcək”,- deyə ekspert bildirib.

Konkret.az