“Azərbaycan hökuməti beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə uyğun olaraq müvafiq addımlar atır və öz vətəndaşlarını qorumaq üçün əks-hücumlar həyata keçirir”.
Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib.
“Münaqişə ilə bağlı yaranmış vəziyyətin kökündə onun indiyədək həll olunmaması durur”, - nazir vurğulayıb.
C.Bayramov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki mövcudluğu bölgə üçün təhdiddir: “Bu, son günlərdə özünü daha açıq formada göstərdi. Onlar heç bir hərbi əhəmiyyəti olmayan obyektləri ağır artilleriya atəşinə tuturlar. Bu yeni taktika deyil. Ermənistan bu taktikanı ötən əsrin 90-cı illərinin əvvəlində də tətbiq edib”.