USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Türkiyənin S-400-ləri sınaqdan keçirəcəyindən narahatdır

07.10.2020 Siyasət
0 0
ABŞ Dövlət Departamenti Rusiyadan satın alınmış S-400 hava müdafiə sistemlərini sınaqdan keçirmək üçün Türkiyənin ehtimal olunan hazırlığı barədə mətbuatda yayılan xəbərlərdən "dərindən narahat" olduğunu bəyan edib.

"Kommersant.az" xəbər verir ki, mənbəyə görə, Amerika diplomatik xidməti "Türkiyənin Rus S-400-lərini almasına israrla etirazını davam etdirir. Agentliyin həmsöhbəti bu sövdələşmənin NATO-dakı Türk-Amerika münasibətlərinə və əməkdaşlığına mənfi təsir göstərdiyini və Ankara üçün sanksiya riski yaratdığını xatırladıb.

Bundan əvvəl KİV-lər Türk hökumətinin S-400-ü Samsun Qara dəniz vilayətinə - ehtimal ki, sınaq üçün apardığını yazmışdı.

Bu barədə hələ rəsmi açıqlama verilməyib.