USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğandan Avropaya çağırış - “Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoyun”

13.10.2020 Siyasət
1 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Türkiyə prezidenti telefon söhbəti zamanı Avropa İttifaqını Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoymağa çağırıb.

Rəcəb Tayyib Ərdoğan işğalçı Ermənistanın neft-qaz boru kəmərləri ilə nəqliyyat xətləri üzərində yerləşən Tovuz bölgəsindən sonra Gəncə şəhərinə hücum etməklə Avropanın enerji təhlükəsizliyini təhlükəyə atdığını bildirib.