USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni xoş xəbərlər yaxındadır - AÇIQLAMA

14.10.2020 Siyasət
2 0
"Gəncədə törətdikləri terror hadisəsindən sonra da Ermənistan işğalçı qüvvələri cəbhəyanı rayonlarımızı, o cümlədən Füzuli rayonunun kəndlərini atəşə tutmaqda davam edir. Əgər işğalçı humanitar atəşkəş zamanı mülki vətəndaşlarımıza tuşladığı silahlarını susdurmadılarsa, deməli heç bir halda uzun müddətli atəşkəşə əməl etməsi də real deyil".

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov qeyd edib ki, atəşkəş iki tərəfli olur: "Əgər işğalçı ona əməl etmirsə bu artıq atəşkəş deyil. Deməli, problemin yeganə həll yolu torpaqlarımızın tam işğaldan azad olunmasıdır. Müzəffər ordumuz işğalçıya bütün cəbhə boyu cavab verir və geri otuzdurur. Yeni xoş xəbərlər yaxındadır. Qələbə bizimlədir!"