İran ərazisində Ermənistanın pilotsuz uçan aparatı (PUA) vurulub.
"Kommersant.az" xəbər verir ki, İran-Azərbaycan sərhədini pozan PUA Ərdəbil vilayətinin səmasında vurulub.
Bu, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin erməni PUA-sını vurmaları ilə bağlı ilk hadisədir.
Vurulmuş PUA-nın tipi barədə rəsmi məlumat verilməsə də, onun Ermənistanın "Krunk" kəşfiyyat PUA-sı olduğu şübhə doğurmur.
Ermənilər "Kruk" vasitəsilə Qarabağ savaşında artilleriya kəşfiyyatı aparmağa, hədəfləri müəyyənləşdirəndən sonra həmin koordinatlara artilleriya zərbələri endirməyə çalışırlar