Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi arasında telefon danışığı olub.
"Kommersant.az"-ın məlumatına görə, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" səhifəsində bildirib.
Xarici İşlər nazirləri iki ölkə arasında mövcud münasibətləri, qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.