USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Terrorçular Qarabağda nə qədər pula döyüşür? - Ərdoğan açıqladı

28.10.2020 Siyasət
1 0
“Bizi ittiham edirlər ki, guya biz Suriyadan Qarabağa döyüşçü göndəririk. Dəqiq kəşfiyyat məlumatları əsasında müəyyənləşdirmişik ki, 2000 PKK, YPG terrorçusu 600 dollar maaş məbləğində Qarabağda döyüşür”.

"Kommersant.az" xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

O, bu məsələni dünən telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırdığını qeyd edib.

“Putin mənə dedi ki, bunlardan xəbərim yoxdur. Həmin terrorçular Suriyadan gətirilir. Cənab Putinin bu terrorçulara üz verəcəyinə inanmıram, amma bunları Paşinyana deməlidir”, - deyə Ərdoğan qeyd edib.

  • Əvvəlki

    Bank VTB (Azərbaycan) ASC «Palo Alto GlobalProtect Gateway» proqram təminatı lisenziyasının alınması ilə tender elan edir

Digər xəbərlər