USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qarabağda qırmızı xətt keçilsə, atamın oğlu da olsa, gözünə baxmaram” - Türkiyə Prezidenti

28.10.2020 Siyasət
1 0
“Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. 30 il keçib. Buna baxmayaraq ATƏT-in Minsk qrupu həmsədrləri deyilən ABŞ, Fransa və Rusiya problemi həll edə bilmədi. Hər toplantıda oturub müzakirə etdilər, sonra dağılışdılar. Liderlərlə görüşlərimiz oldu. Hörmətli Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrimiz baş tutdu. Azərbaycanla bağlı prosesi dəyərləndirdik”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında deyib. O, Putinlə ötən gün baş tutan telefon danışığından da bəhs edib:

“Dedik ki, bu işə Qafqazda son verək. İstəyirsənsə, birlikdə problemi həll edək. Siz Paşinyan, mən isə İlham Əliyev qardaşımla müzakirə aparaq, işi həll edək. Bir qərar verək, problemi həll edək. Həll edə bilmərik? Səmimi bir addım ataq. Biz problemi həll etmək məcburiyyətindəyik, səmimiyik. Sizin də səmimi olduğunuza inanıram. Gözəl görüşümüz oldu. Ümid edirəm, nəticəsi olacaq.

Qırmızı xəttimizi də söylədik. Bildirdik ki, bu xətlərdən keçilsə, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq.