USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Düşmən döyüş meydanından qorxaraq qaçır" - Prezidentin köməkçisi

29.10.2020 Siyasət
0 0
“Dünən ermənilərin Bərdə şəhərinə hücumu nəticəsinə 21 nəfər həyatını itirib, 70-ə yaxın insan yaralanıb. Bu, müharibə cinayətidir, hərbi cinayətdir”.

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan siyasi-hərbi rəhbərliyi bunu qəsdən və məqsədyönlü şəkildə edir:

“Əgər onların cəsarəti çatsaydı, döyüş meydanında, real hərbi əməliyyatlarda iştirak edərdilər. Döyüş meydanından qorxaraq qaçırlar və mülki insanlara qarşı bu kimi cəsarətsiz addımları həyata keçirirlər”.