USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Diplomatik nümayəndələrin də olduğu Tərtər atəşə tutuldu

29.10.2020 Siyasət
0 1
Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk”.