USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin sabiq Baş naziri vəfat etdi

30.10.2020 Siyasət
0 0
Türkiyənin sabiq Baş naziri Məsud Yılmaz vəfat edib.

"Kommersant.az" xəbər verir ki, ötən ilin yanvar ayında ağciyərində şiş aşkarlanan keçmiş Baş nazir 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Məsud Yılmaz 6 noyabr 1947-ci ildə İstanbulda anadan olub. 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasının sədri olub. Dəfələrlə deputat seçilən Məsud Yılmaz Türkiyənin Xarici İşlər (1987-1990) və Turizm nazir (1986-1987) vəzifələrində də çalışıb. O, 1991, 1996 və 1997-1999-cu illərdə 3 dəfə Türkiyənin Baş naziri olub.

Məsud Ylmaz Türkiyənin Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş nazir kimi tarixə düşüb.