USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşinyan istefa verəcək

19.11.2020 Siyasət
0 0
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan Baş nazir Nikol Paşinyanın ictimai təzyiqlər artdıqca istefa verəcəyini bildirib.

Vanetsyan bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Gəlin Nikol Paşinyanı baş nazir adlandırmayaq, bu gün onun belə adlandırılmasına mənəvi haqqı yoxdur. O, baş nazir postunu ələ keçirən, öz fəaliyyəti ilə Ermənistanı dərin bir uçuruma aparan adamdır. Müxalifət işləyir və Paşinyan ictimai təzyiq artdıqca istefa verəcək”, deyə Vanetsyan qeyd edib.

Onun sözlərinə görə, Paşinyanın 2,5 illik fəaliyyəti bütün istiqamətlərdə uğursuzluqla nəticələnib.

“Belə bir şəxs yol xəritəsi dərc edə bilməz. Ölkənin dövləti bu çətin vəziyyətdən çıxara biləcək mütəxəssislərə, vətənpərvərlərə, milli fikir daşıyıcılarına ehtiyacı var”,- deyə Vanetsyan sözlərinə əlavə edib.

Xatırladaq ki, Artur Vanetsyan ötən ilin sentyabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən istefa vermişdi. Onun anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoymuşdu.

Qeyd olunurdu ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırmışdı. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalmışdı.