USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hərbi vəziyyət dövründə komendantların təyin olunması ilə bağlı sərəncam ləğv edildi

14.12.2020 Siyasət
0 0
Prezident İlham Əliyev “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1192) ləğv edilib.