USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məhkəmə Rasim Məmmədovla bağlı qərar verdi

01.02.2021 Siyasət
0 0
Səbail Rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

"Kommersant.az" xəbər verir ki, təqdimat təmin edilib və Rasim Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

O, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin və oğlunun şikayəti əsasında tutulub.