USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirə qarşı etiraz aksiyası - VİDEO

08.02.2021 Siyasət
0 0
Sahibkar Tural Alışanlının yaxınları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında toplaşaraq etiraz ediblər.

Onlar Tural Alışanlının fərdi evlərin tikintisi ilə bağlı ƏƏSMN-dən 157 321 manat almalı olduğunu bildiriblər. Ailəsinin dediyinə görə, Tural Alışanlı dəfələrlə pulu tələb etsə də, ƏƏSMN onun pulunu verməyib.Onlar qeyd ediblər ki, Sahil Babayev "Asan Radio"da verilişdə olarkən Tural Alışanlı Sahil Babayevə əmək müqaviləsini pozduğunu bildirib, lakin Sahil Babayev suala doğru cavab verməkdən yayınıb.

Ailəsi iddia edir ki, "Asan radio"da ünvanladığı suala görə 2019-cu ilin noyabr ayının 27-si həbs edilib. Artıq 15 aydır ki, həbsdədir.Anası bildirib ki, məhkəmədən onun yeyinti etməsilə bağlı heç bir sübut tapılmayıb.