USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ucar rayonunda müəmma - Ziya Məmmədovla bağlı ŞOK FAKTLAR

22.02.2021 Siyasət
0 0
Sovet qoşun hissələri Bakıda 20 yanvar qırğınını törədəndə, ilk dəfə şəhid olan insanları görəndə çox gənc idim, dünyanın həsini-hüsünü yeni-yeni dərk ediridm. İlk dəfə məhz onda anladım ki, ən uca məqama, Ulu Yaradanın dərgahına yüksəlməyin yolu şəidlikdən keçir!!! Əqidədən, İlahi bir məhəbbətdən keçir… Vətən sevgisindən, yolunda ölməyi bacardığın müqqəddəs bir İlahi eşqdən keçir. Başqa sözlə, Vətəni sevib, onun yolunda ölməyi bacaranlar Allahın dərgahına qədər ucalıb ölümsüzlük qazana bilirlər. Ölümsüzlük yolunun yolçuları Şəhid ola bilirlər. Ömürlərini vətənə bağışlayıb vətəni yaşadanlar… Məqamınız mübarək!

Birinci Qrabağ savaşında 153 ucarlı gənc canlarını qurban verib, – “təki Vətən yaşasın!” dedilər… İkinci Qarabağ savaşı başlayanda 1500-ə yaxın ucarlı gənc Vətənin çağrışına qoşularaq döyüşlərə yollandı. 26 ucarlı igid “üçrəngli bayrağımız daha məğrur dalğalansın, Vətən torpağı bütövləşsin, əyilmiş qəddimizi, qürurumuzu dikəldək”, – deyə canlarını bu Vətənə qurban verdilər. 56 igidimiz döyüşlərdə fədakarlıq göstərərək yaralandı. Bu gün bütün ucarlılar kimi məni də düşündürən, narahat edən odur ki, nədən ikinci Qarabağ savaşında şəhid olan 26 ucarlı igidin cəmisi 3 nəfəri Ucar Şəhidlər xiyabanında dəfn olundu?! Digər şəhidlər nə üçün özlərinin kənd qəbiristanlqılarında dəfn edildi?

Ürəkağrısı ilə deməliyən ki, Ucar Şəhidlər xiyabanı ilə bağlı müəmmaların uzun, həm də çox utanverici tarixçəsi var. Ucar yetkililərindən bu suala cavab soruşsanız, deyəcəklər ki, şəhidlərin ailə üzvləri belə istədi və biz də onların istəyinə qarşı çıxmadıq. Elə isə Rəştəcə kənd sakini kapitan Elçin İsmayılovun nəşi sonradan niyə ailəsinin təkidi ilə kənd qəbristanlığından çıxardaraq Ucar şəhər şəhidlər xiyabanına köçürüldü?! Bu, yeganə haldırmı?! Deməli, səbəb şəhid ailələrinin istəməməsi deyil.

Şəhidlər xiyabanını zəbt edənlər

1990-cı ildə rayon əhalisinin təkidi ilə Ucarda “Yoncalıq” deyilən ərazidə 20 Yanvar şəhidlərinə abidə qoyuldu. Rayon sakinlərinin bu cür “özbaşınalığı” o zamankı rayon rəhbərliyi tərəfindən xoş qarşılanmadı. Odur ki, sakinlərin iradəsi əleyhinə gedərək MRB deyilən, gözdən-könlündən kənar bir ərazidə 20 Yanvar şəhidlərinin xatirəsinə daha bir abidə ucaltdılar. Beləliklə də rayon sakinləri iki hissəyə bölünərək 20 Yanvar şəhidlərini başqa-başqa yerlərdə yad etmək məcburiyyətində qaldılar.

Hakimiyyət mənsublarının “Yoncalıq” deyilən ərazidə 20 Yanvar şəhidlərinə abidə ucaldılmasına narazılıq etmələrinin səbəbi çox sadə idi. “Yoncalıq” ərazisini satıb boyük pul qazanmaq niyyətində idilər. Lakin bu istək baş tutmadı. İki il sonra nəhayət ki, rayon əhalisinin təkidi, tələbi ilə MRB ərazisindəki abidə də indiki “Yoncalıq” ərazisindəki şəhidlər xiyabanına köçürməklə ikitirəliliyə son qoyuldu. Beləliklə “Yoncalıq”da geniş bir ərazi Ucarın “Şəhidlər xiyabanı” oldu və ətrafı milli ornamentlərlə hazırlanmış metal konstruksiyadan ibarət hasara alındı.

Amma Ucarın hampaları bu reallıqla hesablaşmaq niyyətində deyildilər. Odur ki, bu nadan insanların çevrəsindən olan əlaltıları vasitəsi ilə gecələr yaxınlıqdakı arxın suyunu açıb Şəhidlər xiyabanını gölə çevirdilər, şəhid valideyinlərinə isə övladlarını oradan çıxarıb öz kənd qəbiristanlıqlarında dəfn etmələri barədə təbliğat apardılar…

Lakin tezliklə rayon ictimaiyyəti tərəfindən Şəhidlər xiyabanını suya qərq edənləri taparaq ifşa etdi. Qısa müddətdə orada yaşıllaşdırma və abadıq işlərinə başlandı. Bu proses sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qohum-qardaşları və əlaltıları rayonda İcra Hakimiyyətinin başçısı təyin edilənədək davam etdi. 2011-ci ildə Şəhidlər xiyabanına yenidən qəsd başladı. Bir gecənin içində xiyabanın hasarı sökülərək yox edildi. Gecə ilə ağacların bir qismi çıxarıldı. Şəhidlər xiyabanının yalnız kiçik bir hissəsində abadlıq adı altında iş görüldü. Xiyabanın hasardan kənarda qalan hissəsi isə hərraca çıxarıldı… Bundan hiddədlənən bir qrup Ucar ziyalısı adından Ziya Məmmədova etiraz məktubu ünvanladı. Ondan rayon İcra Hakimiyyətinin başçısı olan qohumu Yaşar Məmmədova və bu işdə daha çox adı hallanan deputat qardaşı Elton Məmmədova təsir etməsini xahiş etdilər. Amma bu müraciətdən sonra da Şəhidlər Xiyabanının sökülmüş hasarı yerinə qaytarılmadı, ağaclar əkilmədi, abadlıq işləri aparılmadı. Sadəcə iyrənc niyyətlərini həyata keçirmək üçün gözləmə mövqeyi tutdular.

Məmmədovların gözü doymur

Ucarda uşaqdan-böyüyə hamıya gün kimi aydındır ki, Ziya Məmmədov və onun sülaləsinin razılığı, xeyir duvası olmadan nənki Şəhidlər xiyabanı ərazisini zəbt etmək olar, heç oradan ölüsünün gözünə atmaq üçün bir ovuc torpaq belə götürə bilməz…

Yeri gəlmişlən, onu da qeyd edək ki, Ucarda torpaqların Məmmədovlar tərəfindən zəbt edilməsi tək Şəhidlər xiyabanını ərazisi ilə bitmir. Məsələn, Ucarın “Balyar” deyilən ərazisində eni 50, uzunluğu 500 metrə yaxın olan, ucarlıların “meşə” adlandırdıqları ərazi isti yay günlərində kənar yerlərə getmək imkanı olmayan ucarlılar üçün “piknik” məkanı idi…

1000-dən çox müxtəlif növ ağaclarından ibarət kiçik meşə zolağı… Bircə gecənin içindəcə Ziya Məmmədovun Respublika Baş Prokurorluğunda işləyən qardaşı oğlu Namiq Məmmədov tərəfindən məhv edilərək yerində ticarət mərkəzi salındı. Bu vandalizmə etiraz edənlərin bir qismi polislə qorxuduldu, bir qismi də pul ilə susduruldu.

Bu sadaladıqlarımız Ucarın başına gələn bəlaların heç də tam siyahısı deyil. Kəndarası yolların çəkilişi zamanı baş verən özbaşınalıqlar, özəlləşdirilən obyektləri qiymətləndirilərkən yol verilən qanunsuzluqlar, abadlıq və quruculuq işlərinə ayrılan pulların təyinatı üzrə xərclənməməsi, ayrı- aryrı sahibkarlara hakimiyyət orqanları tərəfindən təyziqlər, münbit torpaqların konkret ismlər tərəfindən zəbt olunması, Küdürüdə 4000 hektar, Müsüslü, Təzə Şilyan kəndləri istiqamətində bütün münbit ərazilərin Məmədovlar tərəfindən mənimsənilməsi, Ucarda kanalizasiya sistemi üçün küllü miqdarda vəsaitin göyə sovrulması. Qaradağlı kəndinin ərazisinə aid bütün torpaqlar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun qardaşları, sürücüsü və yaxınları arasında bölüşdürülüb.

Yaxın günlərin mövzusudur. Sabiq nəqliyyat naziri Ziya Məmmədov mətbuata açıqlama verərək əkin-biçinlə, maldarlıqla məşğul olduğunu bildirmişdi. Ondan az öncə isə mətbuatda Vətən Müharibəsi zamanı onun ordumuza 4000 manat yardım etməsi haqqında məlumatlara rast gəldik. Etibarlı mənbənin verdiyi məlumata görə, bu məbləğin bir hissəsi günü 10 manata onun heyvandarlıq fermasında günamuzd işləyən işçilərin hərəsindən 20 manat tutulmaqla toplanıb… Görün, qanunları çeynəyən bu adamlar işlətdikləri insanları işçi kimi rəsmiləşdirmirlər ki, ahıl çağlarında, yaşları çatdıqda pensiya ala bilsinlər…

Akademiyanı da “kolona” çevirirlər

Son zamanlar ölkə mətbuatında ən çox hallanan termin “5- ci kolon” ifadəsidir. Ölkədə az qala hər kəs beşinci kolonun varlığından danışır. Bir qrup insanın vəzifə, mənsəb xatirinə şeytanla da ittifaqa gedə biləcəkləri haqqında söhbətlər gündəmi zəbt edib. Çox təəssüf edirəm ki, bu siyahıda adı çəkilənlərdən biri də AMEA-nın İşlər İdarəsinin müdiri, Ziya Məmmədovun qardaşı, Ucara gözdağı olan Elton Məmmədovdur. O, Elton Məmmədov ki, Milli Elmlər Akademiyasında işə başladığı günün ertəsi orada “moyka”, “zapravka” açmaqla çökməkdə olan bu elm məbədini “dirçəltmək” əzmində olduğu ilə gündəmi zəbt etdi…

Təəssüf ediləsi faktdır ki, bu gün akademiya adı çəkiləndə istər istəməz insanların ağlına elmi araşdırmalar, elmi yeniliklər əvəzinə “xəyanət yuvası” gəlir. İnanın, çoxlarının bu cür düşünməsinin bir səbəbi də məhz Elton Məmmədovun orada “söz” sahibi olmasıdır. Bu gedişlə lap yaxın vaxtlarda Elton Məmmədovu akademik “seçsələr”, ona da təəccüblənməyin.

Gün batanda həmişə adamın kölgəsi böyük görünər. Kölgələrini görüb özlərini böyük sananlara, özlərini hansısa kolonun üzvü hesab edənlərə xatırlatmaq istərdik ki, xalqa, dövlətə xəyanətin yolu həmişə “kolonlardan” keçib. Bu gün Ucarı kolona çevirənlərin yollarının kolondan düşəcəkləri günü gözləyənlərin sayı təxminən elə onları tanıyanların sayı qədərdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Konkret.az