İcra başçısı Ziyəddin Əliyevin "Fayton" restoranından səfərə çıxsaq, Avropanın ən azı üç ölkəsini gəzib dolaşmalıyıq. Əlbəttə ki, yanında xərclik üçün 200 maaş kartını da unutmamalısan. Axı Avropa bahalı coğrafyadır. Onun Ukrayna, Çexiya və Avstriyada çoxşaxəli biznes şəbəkəsinin olduğu artıq heç kimə sirr deyil.
"Kommersant.az" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində paylaşım edib.
İcra başçısı Ziyəddin Əliyevin "Fayton" restoranından səfərə çıxsaq, Avropanın ən azı üç ölkəsini gəzib dolaşmalıyıq. Əlbəttə ki, yanında xərclik üçün 200 maaş kartını da unutmamalısan. Axı Avropa bahalı coğrafyadır. Onun Ukrayna, Çexiya və Avstriyada çoxşaxəli biznes şəbəkəsinin olduğu artıq heç kimə sirr deyil.
Şirkətlərin elə 7-si Ukraynadadır. Ən məşhuru Ukraynanın Lvov vilayətinin Nikolayevsk şəhərində benefisiarı olduğu və 7 milyon avroya başa gələn "ALOV" asfalt zavodudur. İcra başçısının Ukraynaya "Alov"lu məhəbbəti o qədər yüksəkdir ki, biznesinin ağırlığını bu ölkəyə yönəldib. İcra başçısının indiyədək sahib olduğu şirkətlərdən 10-u bəlli idi, sənədlə-sübutla, təkzibedilməz dəlillərlə hər biri haqqında yazılıb.
Amma indi məlum olur ki, Ziyəddin Əliyevin Avropada restoran biznesi də varmış.
İcra başçısının oğlu Nicat Əlibəyli 2 il öncə Kenan Koç adlı şəxslə Avstriyanın paytaxtı Vyanada KENA GASTRO GmbH-ni təsis edib.
Qastronomiya sahəsində xidmət lisenziyası alan şirkət 2019-cu il fevralın 22-də Vyana, Johannesgasse 14/1 ünvanında hüquqi qeydiyyata alınıb. İcra başçısının oğlu ilə 75/25 nisbətində ortaqlığa başlayan Kenan Koç qısa müddət ərzində Vyanada daha bir necə şirkət təsis edərək restoranlar şəbəkəsi qurur. Kenan Koç qısa müddət ərzində Vyanada 3 fərqli ünvanda brendə çevrilən Kenny's restoranlarının, "Space Burger", "Pandemic Kitchen"in və "Empire" gecə klubunun meneceri kimi məşhurlaşır. Nicat Əlibəyli isə özünü Kenan Koçla ortaqlığın kölgəsində gizlətməyə çalışır.
Xatırlatmaqla fayda var. İcra başçısına və onun soyadına "bəyli" əlavə edib özlərini Avropada "sanballı işadamları" kimi təqdim edən övladlarının sahib olduğu şirkətlər: